Zəhra Əskərzadə - Əsas səhifə

Haqqımda

Zəhra kimdir?

Zəhra Əskərzadə - Fərdi Sahibkar və Beynəlxalq Dərəcəli Kouç/Ekspertdir.

Mən, sənin içində daşıdığın hekayəni, dəyişmək üçün buradayam.

Mən, insanlara sadəcə psixoloji dəstək göstərmirəm - onların şüuraltı sistemləri ilə işləyir, həyatlarını tam kökündən dəyişmək üçün yeni və sürətli sistemlər yaradıram.

Amerika, Polşa, Şotlandiya, Avstraliya, Tayland, Azərbaycan, Türkiyə və Rusiya kimi ölkələrdən olan dünyaca tanınmış mentorlarla çalışaraq, öz metodikamı dərinləşdirmişəm.

Mənim əsas metodikam - insan həyatını səthi səviyyədə deyil, köklü şəkildə şüuraltı səviyyədə dəyişməkdir.

Çünki, insan bir duyğunu dəyişəndə yox, onu yaradan şüuraltı kodu dəyişəndə həqiqi azadlıq başlayır.


Bu Yola Necə Gəldim?

Uşaqlıqdan bəri, özümü daim insanlarla bir yerdə təsəvvür edirdim. Onlara qulaq asan, onları anlayan, yön verən, yanında olan biri kimi.

İçimdə insanlara qarşı sonsuz bir sevgi və empatiya var idi — və bu duyğu məni daim bir yerlərə doğru çağırırdı. Amma həyat əvvəlcə məni başqa bir istiqamətə apardı.

Mən, Fransız Azərbaycan Universitetində (UFAZ) geofizika mühəndisliyi üzrə ali təhsil aldım. Nəticədə, fiziki alətlərlə işləməyi öyrəndim. Və bəli, ətrafımdakı hər şey “düzgün” görünürdü, amma içimdə heç nə yerinə oturmurdu.

image

Məsələn: 19-20 yaşlarımda, günlərimi sadəcə divanda uzanaraq keçirirdim. Ağlayırdım, susurdum…

Heç bilmirdim ki: “Mən kiməm?” “Hansı sahəyə aidəm?” “Potensialım haradadır?”

Ətrafımda hər kəs bir istiqamətdə gedirdi amma mən özümə aid bir yol görümürdüm… Sadəcə bildiyim tək şey vardı: İnsanların həyatına toxunmaq istəyirəm.

Və bir gün… Mən artıq özümə doğru bir yol seçdim. Sadəcə sahəmi dəyişmədim – özümü kəşf etməyə başladım. O gündən sonra hər şey dəyişdi.

İndi isə buradayam. Həyatını dəyişmək istəyən hər bir insan üçün — onunla şəfqətlə, səbir və dərinliklə işləmək üçün buradayam.


Nəyə İnanıram?

Mənə görə, əsl dəyişiklik - yalnız motivasiya edici cümlələr eşitməklə yox, şüuraltı səviyyədə yazılmış ssenariləri dəyişdirəndə baş verir.

Duyğularımızın və davranışlarımızın arxasında duran kodlar “görünməz” olsa da, insanın bütün həyatını məhz o kodlar idarə edir.

Bu səbəbdən, mən insanlara öz inanc sistemlərini, psixoloji bloklarını, müqavimətlərini və məhdud düşüncələrini dərk etməyi və onları sevgi, bolluq, güvən kimi yeni proqramlarla əvəz etməyi öyrədirəm.

Mən inanıram ki, hər bir insanın içində gizli və tam açılmamış bir versiyası var. Və mən, sizin yeni versiyanıza aparan yolu - şüuraltı səviyyədə açmaq üçün əlimdən gələni etməyə hazıram.


Bu Gün Kimlər Üçün Buradayam?

Bu gün, mən buradayam:

  • ✅ Bütün problemlərini içinə atıb, mənasız və sıradan həyat tərzi yaşayan hər kəs üçün.

  • ✅ Yorğun münasibətlərdə, sevgiyə və ehtirasa yenidən nəfəs vermək üçün.

  • ✅ Dəyərsizlik hissi ilə yaşayanlara, öz dəyərini hiss etdirmək üçün.

  • ✅ Həyatında: “Niyə həmişə belə olur?” deyənlərin, psixoloji bloklarını aradan qaldırmaq üçün.

  • ✅ Və ən əsası — öz üzərində işləmək istəyən, həyatını dəyişmək üçün məsuliyyət almağa hazır olan və arzuladığı həyat ssenarisini yaratmaq istəyən bütün insanlar üçün.

Burada, müvəqqəti motivasiya yox, daxili transformasiya var.

Burada tələsik cavablar yox, dərin dönüş nöqtələri var.

Biz birlikdə:

  • – Fikir və düşüncələri dəyişdiririk.

  • – Duyğuları yaşayırıq.

  • – Psixoloji blokları görürük.

  • – Şüuraltı proqramları yeniləyirik.

  • – Və sənin həyatını yenidən proqramlaşdırırıq.

Əgər içində bir səs “Bu dəfə fərqli olacaq” deyirsə - bəlkə də bu dəfə doğrudan da fərqli olacaq…

Çünki mən buradayam. Və sənin hekayəni, birlikdə yenidən yazmağa hazıram.

XİDMƏTLƏR

Analiz Seansı
Ətraflı Oxu
Fərdi Seanslar
Ətraflı Oxu
Cütlük Seansları
Ətraflı Oxu
Oyanış Dalğası Psixoloji Proqramı
Ətraflı Oxu