Zəhra Əskərzadə - FAQ
FAQ`s

Tez-tez verilən suallar

Kouç - həyatının müəyyən bir mərhələsində tıxanmış, təkrarlanan hadisələrdə ilişib qalan, dəyişiklik arzusunda olan və ya daha güclü versiyasını yaratmaq istəyən insanlara peşəkar suallar və güclü psixoloji texnikalar vasitəsilə, bələdçilik edən mütəxəssisdir.

Kouç nə məsləhət verir, nə də diaqnoz qoyur. Əvəzində, potensialını açmaq daxili gücünü oyatmaq və arzularını sürətlə reallaşdırmaq üçün maneə olan, bütün şüuraltı müdafiə mexanizmlərini aradan qaldırır.

Bu, motivasiya deyil!
Strukturlaşdırılmış, nəticəyönümlü, şəfqətli və özünüproqramlama səviyyəsində daxili bir səyahətdir.
 

Psixoloq və kouç fərqli sahələrə fokuslanır. Hər ikisi, insana dəyərli dəstək verir, amma yanaşma tərzləri və məqsədləri tamamilə fərqlidir.

Psixoloq, əsasən keçmiş travmalar, emosional pozuntular, depressiya, panik atak kimi ciddi psixi sağlamlıq məsələləri ilə işləyir. Kliniki psixoloq, diaqnoz qoya bilir və klinik metodlarla insanı “normaya” gətirməyə çalışır.

Kouç isə sağlam, lakin həyatında dəyişiklik və dönüş axtaran insanlarla çalışır. Sən özünü yorğun, halsız, tükənmiş, motivasiyasız və ya daxili gücündən, resursundan uzaq hiss edirsənsə – bu, artıq kouçluq sahəsidir.

Mən, kouç olaraq:
    •    Sənin şüuraltı proqramlarınla işləyirəm – yəni, sən fərqində olmadan, həyatını idarə edən daxili inam, qorxu və gizli ssenariləri birlikdə üzə çıxarırıq.
    •    Bu ssenariləri dəyişdirmək üçün, sənə özünü yenidən proqramlamağa kömək edirəm.
    •    Biz bəzən, meditasiya, nəfəs praktikaları, vizuallaşdırma, bədənlə bağ quran metodlar və şüuraltı texnikalardan istifadə edirik – çünki dəyişiklik tək şüur və intellekt səviyyəsində deyil, ruh, bədən və enerji səviyyəsində baş verir.

Əgər sən özünü “hər şey normaldır, amma yenə də nəsə çatmır” vəziyyətində hiss edirsənsə – çox güman ki, artıq kouçla işləməyə hazırsan.
 

Bu sualın cavabı sənin hazırkı ehtiyacından asılıdır!

Əgər uzunmüddətli dərin emosional çöküntü, ağır depressiya ya gündəlik həyatda ciddi funksional pozuntular hiss edirsənsə – psixoloqa və ya psixoterapevtə müraciət etməlisən.

Əgər sən özünü müəyyən qədər tanıyırsan, lakin hansısa mövzularda tıxandığını, ilişib qaldığını hiss edirsənsə, potensialını açmaq, həyatını, sevgi münasibətini, sağlamlığını, biznesini və ya sadəcə psixoloji səviyyəni yüksəltmək istəyirsənsə – bu zaman kouçla işləmək sənin üçün daha uyğun olacaqdır.

Psixoloq sənin həyatını tarazlayır.
Kouç isə səni sürətlə A nöqtəsindən B nöqtəsinə aparır.

Seanslarımız - həm Online, həm də Canlı şəkildə keçirilir. Online Seanslar, tam professional qaydada Google Meet üzərindən keçirilir. 
Hər iki halda, sən tam rahat mühitdə olursan, mən isə sənə tam təhlükəsiz və güvənli bir sahə yaradıram.

Hər seans təxminən 60 dəqiqə davam edir. Seansların sayı isə, sənin ehtiyacların və prosesin gedişatına uyğun şəkildə planlaşdırılır.
 

Əgər ilk dəfə müraciət edirsənsə və müəyyən narahatlıqların varsa, ilk olaraq sənə 30 dəqiqəlik “Analiz Sessiyası” təklif olunur. Bu görüşdə ehtiyaclarını daha dərindən anlayır, sənə uyğun istiqaməti dəqiq strukturla müəyyənləşdiririk. Bu, sənin üçün etibarlı, rahat və güvənli bir başlanğıcdır.
 

Tamamilə gizli qalır!
Hər paylaşımın – tam məxfi şəkildə qorunur. Burada özünü ifadə etmək üçün, tam təhlükəsiz bir sahə yaradılır. Bu, mənim üçün təkcə etik çərçivə deyil, həm də insani bir məsuliyyətdir.
 

Bəzən bəli. Çünki, bir seansda belə, bir aydınlıq, daxili rahatlama və hər hansı bir psixoloji bloklardan azad olma hissi yaranır. Amma dərin və qalıcı dəyişikliklər üçün, adətən bir neçə seanslıq prosesə ehtiyac olur.

Bu, sənin ehtiyaclarından və məqsədindən asılıdır.
Bəziləri üçün 1 seans, bəziləri üçün 4-5 seans, digərləri üçün isə bir az daha uzunmüddətli psixoloji dəstək daha faydalı olur. Proses boyunca bu qərarı birlikdə müəyyən edirik.
Əsas odur ki, sadəcə 1 seansa belə gələ bilirsənsə, mütləq özün üçün bu addımı at. Yerində saymaqdansa, real nəticələrə doğru yaxınlaş.

Hər iki format mümkündür. Əgər münasibət içində öz hisslərini anlamaq və güclənmək istəyirsənsə – Fərdi Seanslar sənə daha uyğundur.
Əgər partnyorunla birlikdə münasibətə baxmaq istəyirsinizsə – bunun üçün Cütlük Seansları təklif olunur.

Bəli, münasibətin yalnız emosional deyil, fiziki tərəfi də çox önəmlidir. Əgər cinsi yaxınlıqla bağlı narahatlıqlar varsa – onları etik, incə və tam peşəkar şəkildə araşdırırıq. Bu da, birbaşa cütlükdə olan münasibətin istiliyini və dərinliyini sürətlə artırır.
 

Bəli, əlbəttə. Hər bir insanın öz sərhədlərini tanıması, öz dəyərini hiss etməsi və ifadə etməyi öyrənməsi bizim fokuslandığımız əsas məsələlərdən biridir. Bu prosesdə, sənə əsl güclü “ÖZ”ünü qaytarmaq üçün, ən sürətli nəticə verən metodları tətbiq edirəm.

Ən gözəl və dərin müraciətlər – elə haradan başlayacağını bilməyənlərdən gəlir. Çünki bu, artıq real olaraq dəyişmək istədiyini göstərir. Biz birlikdə sənin daxili səsini, hədəflərini və ruhunun ritmini kəşf edirik. Əsl “SƏN”ə səyahət, elə məhz buradan başlayır.