Zəhra Əskərzadə - "Sağlam Sərhədlər və Daxili Dayaq" Digital Proqramı

Xidmət məlumatı

"Sağlam Sərhədlər və Daxili Dayaq" Digital Proqramı

6 Oktyabr 2026

Günahkarlıq Hissi Keçirmədən "Yox" Demək və Daxili Dayağını Bərpa Etmək Zamanıdır.

Bədən yönümlü məşqlərdən, şüuraltı texnikalara, hazır reaksiya skriptlərindən özünə-hörmət praktikalarına qədər, daxili rahatlığınızı qoruyan tam rəqəmsal proqram. 🫰💯

 

Bu vəziyyətlər sizə də tanış gəlir?

‼️ Boğazda Düyün: Sırf gərginlik yaranmasın, qarşı tərəf inciməsin deyə "hə" deyirsiniz, amma daxilinizdə özünüzə qəzəblənirsiniz?

‼️ Bitməyən Günahkarlıq: Sərhəd qoymağa çalışanda günlərlə "görəsən pis adamam?", "görəsən xətrinə dəydim?" düşüncəsi sizi içdən-içə bitirir?

‼️ Emosional Yorğunluq: Yaxınlarınızın, ailənizin və ya iş mühitinizin gözləntilərini qarşılamaqdan öz ehtiyaclarınızı həmişə unudursunuz?

‼️ Krizis Anında Donub Qalmaq: Münaqişə və ya təzyiq anında nə deyəcəyinizi bilmir, ürəyiniz sürətlə döyünür və ya əlləriniz titrəməyə başlayır?

Əgər bu bəndlərdən heç olmasa birini özünüzdə gördünüzsə, bilin ki, problem sizdə deyil… Sadəcə, daxili dayağınızı necə bərpa etməli olduğunuzu bilmirdiniz… ❤️‍🩹

 

Bu digital proqramdan sonra həyatınızda nə dəyişəcək?

✅ Sakit və Təmkinli Reaksiya

Əsəbiləşmədən və özünüzü sübut etməyə çalışmadan, təmkinlə "yox" deyə biləcəksiniz.

✅ Bədən Səviyyəsində Rahatlıq

Təzyiq anında bədəninizdəki əsmə, titrəmə və ya təşvişi 9 dəqiqəyə sakitləşdirməyi öyrənəcəksiniz.

✅ Şüuraltı Azadlıq

“Mən yaxşı qız/yaxşı oğlan olmalıyam" tələsindən çıxaraq, bundan sonra öz istəklərinizə birinci dərəcəli yer verəcəksiniz.

✅ Real İrəliləyiş

Özünüzə olan inamın və hörmətin necə artdığını, real rəqəmlər, terapevtik testlər və əldə edəcəyiniz sürətli nəticələr sayəsində, öz gözlərinizlə görəcəksiniz.

 

Proqram kimlər üçündür?

Bu proqram xüsusilə sizin üçündür, əgər siz: 

📎 Öz emosional sərhədlərini qurmaq istəyən,

📎 Həyatında dərin, sürətli və dürüst dəyişikliklər yaratmağa hazır olan,

📎 Uzun-uzadı nəzəriyyələr deyil, məhz real nəticələr verən, üstəlik gözlə görünə bilən fərqindəliklər yaşamaq istəyən,

📎 Öz daxili dayağını formalaşdırıb, özünə söykənməkdən qorxmayan

versiyanızı yaratmaq istəyirsinizsə, o zaman tam doğru yerdəsiniz! 🫂

 

Proqramın tərkibi

Bu digital proqram, sadəcə bir istiqamətli materiallardan ibarət deyil! Şüur, şüuraltı, bədən və ruh səviyyəsində daxili dayağınızı bərpa edən çoxşaxəli və güclü psixoloji alətlər sistemidir.

Proqramın daxilində, əsas materiallarla yanaşı, sizi həm də belə güclü alətlər gözləyir:

🎬 Nəzəri və Metodik Video-Materiallar

Sərhədlərin anatomiyası və "mən günahkaram" düşüncəsini ömürlük sındıran baxış bucağı.

📘 “Sərhəd Şablonları” PDF Bələdçisi

Sizin komfortunuz üçün yaradılmış və həyatınızın istənilən sahəsində hazır istifadə edə biləcəyiniz reaksiya modelləri.

🎙️ 9 Dəqiqəlik Somatik SOS Audio Seansı

Təzyiq və ya münaqişə anında, dərhal bu audio seansa qulaq asaraq, bədəninizi sakitləşdirəcəyiniz təcili yardım aləti.

🧠 Şüuraltı Texnikalar və Fərqindəlik Kartları

Daxilinizdəki o balaca, qorxan tərəfinizi qucaqlayan praktiki alətlər.

📊 Pre-Test & Post-Test Qiymətləndirməsi

Dəyişiminizi ölçən 15 situasiyalıq xüsusi psixoloji test.

📝 Audio-Gündəlik və Vərdiş İzləyicisi

21 gün ərzində bu daxili duruşu həyatınızın daimi hissəsinə çevirən xəritə.

 

Sizinlə bu yolda: Mən, Zəhra Əskərzadə!

Mən, Beynəlxalq dərəcəli Kouç/Ekspert olaraq, yüzlərlə insanla işləyərkən, bir şeyi çox aydın gördüm: Daxili dayağı olmayan insanın xarici uğurları uzunömürlü ola bilmir…

Sərhəd qoymaq isə, başqalarına qarşı hasar hörmək deyil, sanki öz daxili evinə qapı qoymaqdır. Mən, sizin üçün yaratdığım bu digital proqramda, sadəcə nəzəriyyəni deyil, illərin təcrübəsindən süzülən, bədənlə və şüuraltı ilə işləyən ən dərin alətlərimi bir araya topladım.

Məqsədim, hər an yanınızda daşıya biləcəyiniz bu bələdçi ilə, istənilən situasiyada özünüzü seçməyinizə və güclü “daxili dayaq” sistemi yaratmağınıza dəstək olmaqdır! 🫂❤️

 

İlk 30 İştirakçıya Xüsusi Qiymət!

Format: Qapalı Telegram Kanalı
Giriş: Ömürlük (Bütün materiallardan istədiyiniz zaman istifadə etmək imkanı)
Ödəniş: 22 AZN

“İndi Müraciət et!” düyməsinə klikləyərək, dərhal qeydiyyatınızı tamamlayıb, birbaşa qapalı kanalımıza dəvət əldə edin. 

Sizi aramızda görmək, çox xoş olardı! 

 

Tez-tez Verilən Suallar

- Digital Proqram harada keçirilir?

Proqram, Telegram platformasında və xüsusi qapalı kanalda keçirilir. Qeydiyyatınızı təsdiqlədikdən sonra, sizə dərhal giriş linkiniz təqdim olunur. 🖇️✅

- Canlı-canlı proqramın gedişatına qoşulmaq məcburidirmi?

Xeyr, bütün materiallar, audiolar, video sessiyalar və PDF-lər kanalda hazır şəkildə yerləşdirilir. Öz rahat tempinizlə və sizə uyğun olan zaman aralıqlarında izləyə bilərsiniz. Üstəlik, heç bir vaxt məhdudiyyətiniz yoxdur.

- Materiallar məndə nə qədər qalacaq?

Bütün materiallara girişiniz ömürlükdür.

- Mən çox utancaq və yumşaq xarakterliyəm. Bu digital proqram həqiqətən mənə kömək edəcək?

Bu proqram xüsusilə "yox" deməkdə çətinlik çəkən, münaqişədən qorxan və “yumşaq” xarakterli insanlar üçün nəzərdə tutulub. Burada, sizdən kobudlaşmaq və ya xarakterinizi tamamilə dəyişmək tələb olunmur. Əksinə, təmkinlə, sakitliklə və özünüzü günahkar hiss etmədən daxili duruşunuzu və əsl yetkin kimliyinizi qorumağı öyrənəcəksiniz. 🫂💯

- Psixoloji biliklərim və ya əvvəllər terapiya təcrübəm yoxdur. Buradakı materialları başa düşə biləcəyəm?

Bəli, tamamilə! 💯

Bütün materiallar - mürəkkəb elmi terminlərlə deyil, çox sadə, səmimi və gündəlik həyatda tətbiq oluna biləcək dildə hazırlanıb.

- Kanalda başqa iştirakçılar məni görəcəkmi? Gizlilik necə qorunur?

Xeyr, burada konfidensiallıq 100%-dir. Bu isə, sadəcə məlumat kanalıdır! Nə siz digər iştirakçıların kim olduğunu görəcək, nə də onlar sizin iştirakınızdan xəbərdar ola biləcəklər. Ona görə də, burada olduğunuz müddətdə, fərdi prosesinizi tamamilə konfidensial (məxfilik tam qorunmaqla) şəkildə həyata keçirirsiniz.

- Ödənişi necə edə bilərəm və kanala necə qoşulacağam?

Ödənişi kart vasitəsilə rahatlıqla həyata keçirə bilərsiniz. Ödənişi tamamlayan kimi, ad/soyad və qəbzi kuratorumuz Kamilə xanıma WhatsApp üzərindən göndərərək, qeydiyyatınızı tamamlamış olursunuz. Sonra isə, avtomatik olaraq qapalı Telegram Kanalının keçid linki sizə təqdim ediləcək.

- Suallarım olsa, kiməsə müraciət edə bilərəmmi?

Texniki və ya təşkilati suallarınız olarsa, dəstək komandamız, xüsusilə kuratorumuz Kamilə xanım həmişə sizə kömək etməyə hazırdır.

 

Özünüzə qayğı göstərmək və daxili gücünüzə qayıtmaq üçün indi, əsl zamandır. 2027-ci ilin bitməsinə son 3 ay qalmış, özünüzün yeni versiyasını yaratmağa tələsin! 🥂

 

Sizi aramızda gözləyirik! 🤍✨


Müştəri rəyləri

Sevgi, hörmət və anlayışla qurulan münasibətlər

Sosial Linklər