Hər şey, həyatına gəlməyə hazırdır.
Bəs sən, qəbul etməyə hazırsanmı?
Zəhra kimdir?
Zəhra Əskərzadə - Fərdi Sahibkar və Beynəlxalq Dərəcəli Kouç/Ekspertdir.
Mən, sənin içində daşıdığın hekayəni, dəyişmək üçün buradayam.
Mən, insanlara sadəcə psixoloji dəstək göstərmirəm - onların şüuraltı sistemləri ilə işləyir, həyatlarını tam kökündən dəyişmək üçün yeni və sürətli sistemlər yaradıram.
Amerika, Polşa, Şotlandiya, Avstraliya, Tayland, Azərbaycan, Türkiyə və Rusiya kimi ölkələrdən olan dünyaca tanınmış mentorlarla çalışaraq, öz metodikamı dərinləşdirmişəm.
Mənim əsas metodikam - insan həyatını səthi səviyyədə deyil, köklü şəkildə şüuraltı səviyyədə dəyişməkdir.
Çünki, insan bir duyğunu dəyişəndə yox, onu yaradan şüuraltı kodu dəyişəndə həqiqi azadlıq başlayır.
-
4+
İl Təcrübə -
1800+
Xoşbəxt Müştəri -
300+
Cütlük Seansı
Niyə mən?
Mənimlə paylaşdığın hər bir məlumat tam məxfi saxlanılır. Etibar və gizlilik bizim iş birliyimizin təməlidir.
Sənin məmnuniyyətin və əldə etdiyin real nəticələr mənim əsas uğur meyarımdır.
Müasir terapiya metodikası və dərin psixoloji texnikalarla işləyərək, sənə tam şəkildə emosional dəstək ola bilirəm.
Öz potensialını tapmaq, uğurlu addım atmaq və real dəyişikliklər üçün, güclü kouçluq alətləri ilə işləyirəm.
Sənin Emosional Sağlamlığın, Bizim Üçün Prioritetdir!
Həyatını dəyişmək üçün çox şeyə ehtiyacın yoxdur. Sadəcə bir doğru addım kifayətdir.
Haradan başlamaq lazımdır?
-
1
Sən, sadəcə bir mesaj yazırsan.
İlk addımda, bizə sadəcə bir mesaj göndərməyin kifayətdir. Bəlkə də, ilk dəfədir hisslərini biri ilə bölüşürsən. Narahat olma, haradan başlayacağını bilməsən də olar. Əsas odur ki, bir addım at.
-
2
Birlikdə məsələyə baxırıq.
Səninlə, çox kiçik ödənişli bir Analiz Sessiyası edirik. Heç nəyi dərinləşdirmədən, səni yormadan, sadəcə bu anki vəziyyətinə və səni narahat edən suallara baxırıq.
Burada köklü səbəbləri sakit və şəfqətli şəkildə ortaya çıxarırıq.
-
3
Dərindən işləyirik.
Artıq, bir-birimizi müəyyən qədər tanıdıq. Bu mərhələdə isə, Fərdi Seanslarda - bloklarla, şüuraltı inanc sisteminlə, qorxularla və təkrarlanan ssenarilərlə işləyirik.
Nəticədə, içində gizli qalan bütün cavablar oyanmağa başlayır.
-
4
Real dəyişikliklər baş verir.
Sən, özünü daha yüngül, resurslu və yüksək enerjili hiss etməyə başlayırsan. Artıq sən, ani reaksiyalar ilə yox, şüurlu seçimlərlə hərəkət edirsən.
Münasibətlərin, sağlamlığın, maddiyyatın, düşüncələrin - bir sözlə bütün həyatın, daxilindəki dəyişikliklərə uyğun olaraq formalaşır.
-
5
Nəticə olaraq: ⬇️
Bu yol sadəcə danışmaq deyil.
Bu səni səssiz şəkildə idarə edən sistemləri görmək, başa düşmək və dəyişdirmək yoludur.
Və sən bu yolu yalnız keçmirsən.
Mən həmişə, sənin yanındayam.